banner
banner

Sosİal

Ziyalılardan Təhsil Nazirliyinə DƏSTƏK: dərs ilinin müddəti uzadılmalıdır!

Ziyalılardan Təhsil Nazirliyinə DƏSTƏK:

Milli Məclisin deputatı Fazil Mustafa bir neçə gün öncə Azərbaycanda dərs ilinin qısaldılmaını – dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması təklifini irəli sürüb.

Deputat bildirib ki, 1 sentyabr – 25 may tarixləri müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər. 
Lakin bunun ardınca Təhsil Nazirliyi əksinə, tədris ilinin bir qədər də artırılmasını təklif edib.

Nazirlik rəsmisi Cəsarət Valehov dərs ilinin sentyabrın 1-də başlayıb, 14 iyunda bitməsinə tərəfdar olduqlarını bəyan edib. O, bunu Azərbaycanının inkişaf etmiş ölkələrdəki tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə) sayına görə geri qalmağıyla əsaslandırmağa çalışıb. Deyib ki, Azərbaycan tədris həftələrinin sayına göprə azı 3-4 həftə geridədir.
Cia.az saytı dərs ilinin uzadılması məsələsinə ziyalılardan münasibət öyrənib. 

Millət vəkili Nizami Cəfərov  dərslərin uzadılmasının vacibliyini belə izah edib.

“Tədris ilinin uzadılması çox vacib məsələdir. Bütün dünyada tədris ilinin uzun olması inkişafın göstəricisi kimi qəbul edilir. Bu, şagirdlərin təlim yükünün azalmasına, onların materialları səmərəli mənimsəməsinə hesablanıb, gənclərin gələcək inkişafına kömək edə bilər. Aparılan təhlillər də bunu göstərir. Mən də dərs ilinin uzadılmasının tərəfdarıyam”.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə doktoru Siracəddin Hacı deyir ki, Azərbaycan məktəblərində  tətil günləri həddindən artıq çoxdur.

“Şagirdlər Novruz bayramında, yeni ildə uzun müddət dərsdən yayınırlar. Təhsil fasiləsiz olmalıdır. Azərbaycanda şagirdlərin təhsildən yayınması onların elm öyrənmələrinə, davranışlarına təsir edir. Məktəb bir sosial münasibətlər müəssisəsidir. Tətil zamanı şagirdlər uzun müddət elm öyrənməkdən, müəllimlərdən uzaqlaşır.

XIX əsrdə Yaponiya imperatoru yapon xalqına töhfəsinin nə ola biləcəyini araşdırıb. İmperator görüb ki, xalqı çox geri qalır. Ona görə də Avropadan mütəxəssislər dəvət edib ki, problemləri araşdırsınlar. Həmin alimlər bir il ərzində vəziyyəti araşdırıb və 100 səbəb ortaya qoyublar. İmperator xalqı inkişafdan saxlayan 4 ən mühüm səbəbi istəyib. Səbəblərdən biri yaponların  iş mədəniyyətinin olmaması, ikincisi təqvimdə  tətil günlərinin sayının çox olması, üçüncü yaponların zaman şüurunun olmamasıdır. Çünki tətillər çox olanda zaman şüuru da olmur. Zamanı boş xərcləmək olmaz. Zaman şüurumuz doğru olmadığına görə bizim ölkədə də tətillərimizin sayı çoxdur. Dördüncüsü isə, yapon xalqı təmizkar deyil. Ona görə də deyirlər ki, imperator yapon xalqının xəstəliyini tapmışdır.

Azərbaycanda əvvəllər uşaqlar 3 ay 15 gün dərsə getmirdi. Bura bayramları da daxil etsək, belə günlərin sayı uzanır. Dünyanın ən inkişaf etmiş ölkələrindən biri İngiltərədir. Onlarda tətil yalnız avqustdadır. Hətta tətil günlərində də şagirdin kitabla əlaqəsi olmalıdır. Elmin düşməni unutmaqdır. Unutmağın düşməni təkrar etməkdir. Təhsil fasiləsiz olmalıdır”. 

Təhsil eksperti,professor Şahlar Əsgərovun sözlərinə görə, dərs ilinin uzadılması günün vacib tələbidir.

“Kütlə yaxşını pisdən, düzü əyridən seçmək qabiliyyətində deyil. Bu işi baş bilənlərdən soruşmaq lazımdır. Dərs ilinin qısaldılması yox, uzadılması günün vacib məsələsidir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, dərs ilini 40-41 həftəyə qaldırmaq lazımdır. Dövlət təhsil alanların zamanını nə qədər öz nəzarətinə götürərsə, bir o qədər yaxşıdır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.