banner
banner

Mədənİyyət

Azərbaycan Astanada 2-ci Avrasiya Beynəlxalq Kitab sərgisində təmsil olunur

Azərbaycan Astanada 2-ci Avrasiya Beynəlxalq Kitab sərgisində təmsil olunur

Qazaxıstanın paytaxtı Astanada 2-ci Avrasiya Beynəlxalq Kitab sərgisi keçirilib. Sərgidə Azərbaycanda son illər müxtəlif mövzularda nəşr olunan kitablar nümayiş olunub.

Bu barədə Trend-ə Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

Avrasiya Kitab Sərgisinin açılışında çıxış edən Qazaxıstanın dövlət katibi Gülşara Abdukalikova bildirib ki, artıq ikinci dəfədir ki, keçirilən sərgiyə ildən-ilə maraq artır. Dünyanın bir sıra ölkələrinin iştirak etdiyi “2-ci Avrasiya Kitab Sərgisi – 2017” çərçivəsində Azərbaycan səfirliyinin xüsusi təçkilatçılğı ilə Azərbaycan güşəsində 1000-dən çox kitab və jurnal nümayiş olunub. 15 iyun Milli Qurtuluş gününə həsr olunan guşədə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəliyyətindən bəhs edən nəşrlər üstünlük təşkil edib.

Qazaxıstanın dövlət katibi G.Abdıkalikova Azərbaycan stendinə xüsusi maraq göstərib. Dövlət katibi Azərbaycana səfərini xatırladaraq Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva və digər rəsmi şəxslərlə görüşlərini xatırladıb. O, Azərbaycanın ən inkişaf etmiş ölkələrdən biri olduğunu qeyd edərək, ölkəmizin qədim tarixindən və zəngin mədəniyyətindən söhbət açıb. Azərbaycan güşəsində ölkəmizin tarixi, xalçaçılıq və turizm potensialı ilə bağlı ayrı-ayrı jurnal və broşürlər iştirakçılara paylanıb. Heydər Əliyev Fondunun nəşrlərindən ibarət hissədə isə xalqımızın maddi-mənəvi irsinin tədqiq olunduğu xeyli sayda kitab yer alıb.

Azərbaycan stendi ilə tanış olan qazaxıstanlı alimlər burada ədəbiyyat, elm və mədəniyyət xadimlərinin əsərləri, eləcə də çağdaş ədəbiyyat nümayəndələrinin kitabları ilə maraqlanıblar. Sərgidə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qazax dilində nəşr olunan əsərləri, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının istimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müəllifi olduğu kitablar, ölkəmiz haqqında rus və qazax dillərində ensiklopedik təyinatlı jurnal və digər nəşrlər də mühüm yer tutub.

Sərgi çərçivəsində Azərbaycan Xalçaçılıq tarixi, ənənələri, ölkəmizdə istehsal olunan çay məhsulları orijinal təqdimatda nümayiş olunacaq. Sərgi iştirakçıları Azərbaycan rəqslərini canlı şəkildə izləmək imkanı da əldə edəcəklər. İkinci Avrasiya Kitab sərgisi üç gün davam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər