banner
banner

Sosİal

3 yaşlı Gülayın köməyə ehtiyacı var

3 yaşlı Gülayın köməyə ehtiyacı var

Beta-talassemiyadan əziyyət çəkən Gülay Aslanlının köməyə ehtiyacı var.  

3 yaşlı körpənin anası Zəhra Aslanlı bildirib ki, onun sağalması üçün külli miqdarda pul lazımdır: “Gülaya 5 ayında Beta talasemiyanın ağır forması diaqnozu qoyuldu. O gündən hər 22-25 gün arası qan köçürülür. Gülay indi 3 yaş 3 aylıqdır. Gülayın bacı-qardaşı yoxdur. Ona görə də talassemiya mərkəzində dövlət hesabına əməliyyat etdirə bilmirik. İki dəfə uşaq xəstə olduğu üçün hamiləliyim yarımçıq qalıb. Ona görə də Gülay təkdir. Bacı-qardaşı olmadığı üçün yad donor axtarışı verməliyik. Əgər yad donor tapılsa, əməliyyata 120-130 dollar istəyirlər. Dünya donor bankından yad donor axtarışı vermək üçün 7000 dollar tələb edirlər. Dedilər ki, əgər 6 ay ərzində əməliyyat etdirməsəniz, 2500 dollar cərimə olunacaqsınız. Cəriməni ödəməsəniz 5 il donor bankından istifadə etməyiniz qadağan olunacaq. Azərbaycanda da donoru yoxlatmaq olmur, bunun üçün Türkiyəyə getməliyik.  Hazırda çox çətin vəziyyətdəyik. Indiyə kimi özümüz qızımızı müalicə etdirməyə çalışmışıq. Artıq imkanımız buna imkan vermir. Balamı əzab çəkən vəziyyətdə görəndə məhv oluram. Ona görə də hamıdan kömək istəyirəm. Dama-dama göl olar. Kimin nəyə gücü çatırsa, bizə kömək etsin”.

 

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.