banner
banner

Sİyasət

Nazir müavini: Unudursunuz ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib

Nazir müavini: Unudursunuz ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib

"Azərbaycan dərsliklərində heç bir xalqa, o cümlədən ermənilərə nifrət aşılanmır. Heç bir nifrət çağırışı yoxdur. Amma unudursunuz ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və hələ də işğal altında saxlayır. Bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşüb. Maddi-mədəni abidələr, təhsil ocaqları dağıdılıb".

Trend-in məlumatına görə, bunu bu gün Bakıda Milli Məclis, AvroNest Parlament Assambleyasının (PA) Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov Ermənistan parlamentinin AvroNest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyanın səsləndirdiyi yanlış fikirlərə münasibət bildirərkən deyib.

A.Aşotyan konfransda bildirib ki, burada humanist mühitdən istifadə edib Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq: "Bizim gələcək nəsillərin düşmənçiliyi davam etdirməsinə şərait yaratmayaq. AvroNest PA bizim üçün çox vacibdir. Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimi Televiziyanın efirindəki çıxışında Rusiyanın Ermənistanı müharibəyə cəlb eləməyə çalışdığını və bunda məqsədinin "sonradan "xilas edib" erməni xalqının və dövlətçiliyinin boynuna ilgək keçirmək" olduğunu deyib. Simonyan deyib: "Bizi müdafiə eləmək zamanı gələndə Rusiya bizi müdafiə etmədi". Simonyan gileylənib: "Bəli, mən bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən böhranlı məqamda bizi tərk elədi və bu, faktdır".

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.