Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin 82 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, “Şöhrət” ordenli bəstəkar, professor Xəyyam Mirzəzadənin 82 yaşı tamam olur.
Görkəmli bəstəkar bu gün də öz yaradıcılıq axtarışlarını uğurla davam etdirir. Bəstəkar 80 illik yubileyində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan musiqisinin təbliğində və musiqiçi kadrların hazırlanmasında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qeyd edək ki, X.Mirzəzadə 1935-ci ildə Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-1983-cü illərdə konservatoriyanın bəstəkarlıq kafedrasının müdiri olub. 49 il həmin kafedrada pedaqoji fəaliyyət göstərib. Bu müddət ərzində neçə nəsil bəstəkarların yetişməsinə böyük əmək sərf edib.
Onun tələbələri həm respublikamızda, həm də dünyanın müxtəlif ölkələrində fəaliyyətlərini davam etdirirlər. Xəyyam Mirzəzadə çoxşaxəli yaradıcılıq diapazonuna malikdir. Bəstəkarın musiqi dili zəngin və özünəməxsusdur. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur
Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) ilə satınalma müqaviləsi imzalayıb.
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu məsələdə keçmiş nazir Əbülfəs Qarayevi günahlandırıblar.
Fransanın Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ölkənin Evian-lö Bən şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” ilə bağlı qərarı və parkda yerləşən Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ətrafında yaranmış təhlükə ilə bağlı müraciətlə çıxış edib.