banner
banner

Sİyasət

Xüsusi tapşırıqlar üzrə səfir nazir təyin edildi - dosye

Xüsusi tapşırıqlar üzrə səfir nazir təyin edildi - dosye

Prezident İlham Əliyev oktyabrın 12-də Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.  1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə  və səlahiyyətli səfiri olub. 2016-cı ilin avqustunda isə prezident onun geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb.  O, nazir təyinatınadək Xarici İçlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir işləyirdi.

Ailəlidir, iki övladı var.

İngilis, alman və rus dillərini bilir.

Pərviz Şahbazov  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər İdarəsinin  müdiri Oqtay Şahbazovun oğludur.

Oqtay Şahbazov 2016-sı ilin yanvarınadək  Azərbaycan Prezidentinin İşlər müdirinin birinci müavini işləyib. Həmin ay dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası prezidentinin İşlər müdiri təyin edilib. O vaxta qədər Prezidentin işlər müdiri vəzifəsi düz 7 ilə yaxındır ki, boş idi.

Azərbaycan prezidenti İlham Əliyev 2011-ci ilin oktyabrda Oqtay  Şahbazovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Oqtay Şahbazov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Belə ehtimallar vardı ki, Energetika Nazirliyi ləğv edilərək səlahiyyətləri Dövlət Neft Şirkəti ilə (SOCAR) dən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq-Energetika Departamenti arasında bölüşdürüləcək.

Yada salaq ki, bu ilin iyununda vəfat edən Natiq Əliyev 2005-ci ildən 2013-cü ilədək sənaye və energetika naziri vəzifəsində işləyib. 2013-cü ilin 22 oktyabrından vəfat etdiyi tarixədək energetika naziri olub. Qeyd edək ki, energetika nazirinin 2 müavini var: Gülməmməd Cavadov və Natiq Abbasov. Amma göründüyü kimi, prezident sabiq səfiri nazir təyin etməyi daha uyğun bilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimi Televiziyanın efirindəki çıxışında Rusiyanın Ermənistanı müharibəyə cəlb eləməyə çalışdığını və bunda məqsədinin "sonradan "xilas edib" erməni xalqının və dövlətçiliyinin boynuna ilgək keçirmək" olduğunu deyib. Simonyan deyib: "Bizi müdafiə eləmək zamanı gələndə Rusiya bizi müdafiə etmədi". Simonyan gileylənib: "Bəli, mən bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən böhranlı məqamda bizi tərk elədi və bu, faktdır".

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.