banner
banner

Hərbİ

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 16-da  bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.
Cia.az xəbər verir ki, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Müdafiə nazirləri hərbi sahədə əməkdaşlığın inkişafının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, xüsusilə Müdafiə Nazirlikləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər. 

Tərəflər Azərbaycan və Gürcüstan ərazisində həyata keçirən mühüm infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunmasında formalaşmış ikitərəfli tərəfdaşlığın gücləndirilməsinin vacibliyini də xüsusi vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - FOTOLAR

Ukrayna-Rusiya müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub. Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rövşən İsmayılov qaynar döyüşlərin getdiyi ərazidə aldığı güllə yarasından dünyasını dəyişib. Bildirilib ki, əslən Qubadlı rayonunun Şurnuxu kəndindən olan R.İsmayılov müharibəyə könüllü kimi qatılıbmış. Onun bir oğlu qalıb. Qafqazinfo.az

Dünən ölən hərbçimizin FOTOSU

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elcan Emin oğlu Bağırovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.

Göldə batan şəxsləri xilas etmək istəyərkən boğularaq ölən polisin medalı ailəsinə təqdim edildi - FOTO

Xidmətdən kənar vaxt ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölünün kənarında istirahət edərkən suya atılaraq boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını xilas etmək istəyərkən onunla bərabər suda boğulan polis serjantı Vüsal Əbülfəz oğlu Quliyevin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi Azərbaycan Respublikasının “İgidliyə görə” medalı ailəsinə təqdim olunub.

Qazilərə bu güzəştlər olunacaq

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlərin olunmasını təklif edib.

Hikmət Mirzəyev 56 yaşında...

44 gün davam edən Vətən müharibəsinin fatehi, Şuşanın alınmasında Ali Baş Komandanın təbrik zəngini böyük qürurla dinləyən XTQ komandanı, general-leytenant Hikmət Mirzəyev. Bu gün Şuşa fatehinin doğum günüdür.

Hərbçimiz Ermənistana keçib? - MN

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.