banner
banner

Gündəm

Bakıdakı məşhur restoran rus ailəsinin toyundan imtina etdi – Məhərrəmliyə görə

Bakıdakı məşhur restoran rus ailəsinin toyundan imtina etdi

Artıq bir aya yaxındır ki, Hicri-qəməri təqvimi ilə Məhərrəm ayını yaşayırıq. Adətən İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi bu ay matəm ayı kimi dəyərləndirilir. Bu baxımdan Məhərrəmliyi dəvətnamədən, əlavə xərcdən çəkinən insanlar üçün şükran ayı da hesab etmək olar.  Çünki adətən əksəriyyət bu ayda toy etməkdən çəkinir. Buna baxmayaraq fərqli düşünən insanlar da var.

 

Maraqlıdır, Məhərrəmlik  ayı girəndən etibarən indiyə kimi restoranlarda toylar olubmu?

 

Modern.az saytı bu sualla bir neçə restorana müraciət edib.

 

“Mega Palace” şadlıq evinin əməkdaşı Vüsal Şirinov:

 

“Hansısa restoranlarda ola bilər ki, kiçik məclislər olsun. Amma biz şadlıq evi olduğumuz üçün ancaq toy işlərinə baxırıq. Bu baxımdan Məhərrəmlikdə hər hansı toy olmayıb. Lakin 2-3 ay qabaqcadan Məhərrəmlikdən sonrakı aylar üçün sifarişlər var”.

 

“Çanaqqala” restoranının əməkdaşı Rafiq:

 

“Bilirsiniz ki, azərbaycanlılar Məhərrəmlik ayında toy  etməyin tərəfdarı deyil. Buna görə də bu ayda indiyə kimi hər hansı toy olmayıb. Növbəti aylar üçün isə indidən  müraciətlər var. Bunlar nişan, xınayaxdı mərasimləridir”.

 

“Gilavar” restoranının administratoru Rufan Qasımov:

 

“Neçə ildir, bu sahədə çalışmağıma baxmayaraq hələ  Məhərrəmlik ayında toylar üçün müraciət edənlərlə rastlaşmamışam. Bilirsiniz, azərbaycanlılar bu ayda toy etməkdən çəkinirlər. Əksəriyyəti düşünür ki, bu ayda toy etsə, ya boşanacaqlar ya övladları olmayacaq. Tutaq ki, hansısa əcnəbi üçün Məhərrəmliyin önəmi yoxdur və toy üçün müraciət edə bilər. Lakin onun da qonaqları azərbaycanlı olacaq axı. Bu baxımdan hələki belə bir şeylə rastlaşmamışam. Məhərrəmlikdən sonrası üçün isə artıq sifarişlərimiz var”.

 

“Yeganə” şadlıq sarayının mühasib köməkçisi Arzu  Abbasova:

 

“Məhərrəmlik ayı girəndən etibarən indiyə kimi  şadlıq evində toylar olmayıb. Bu, adətən hər il belə olur. Sadəcə  bir dəfə rus xanımı toy etmək üçün müraciət etsə də, rəhbərliklə razılıq olmayıb”.

 

“Monte Kristo” şadlıq evinin meneceri İqbal Aydınoğlu:

 

“Məhərrəmlik ayı çərçivəsində  hansısa şənlik və ya toy üçün müraciət olmayıb. Lakin növbəti aylar üçün   təyin olunan toylarımız var”.

 

“Xəmsə” şadlıq evinin administratoru Bəxtiyar:

 

“Məhərrəmlik ayı girəndən bəri  restoranda toy olmayıb. Eyni zamanda bununla bağlı hər hansı müraciətlər də yoxdur. Amma Məhərrəmlikdən sonra üçün qabaqcadan sifarişlər olur”.

 

“Su Sonası” şadlıq evinin administrator Mütalib Əhmədov:

 

“Ümumiyyətlə Azərbaycanda elə adam ola bilərmi ki,  Məhərrəmlik ayında toy keçirsin və ya bunun üçün  qabaqcadan müraciət etsin? Ola bilər, müəyyən  rayonlarda bu ayda toylar edilsin.

 

Amma indiyə kimi bizim restorana hər hansı müraciət olmayıb. Noyabrın 21-də Məhərrəmlik ayın tam çıxacaq. Həmin zaman üçün sifarişlər mövcuddur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.