banner
banner

Dünya

Pulun üstündə oğurlanmış qızın yalan qeydləri tapıldı

Pulun üstündə oğurlanmış qızın yalan qeydləri tapıldı

Misirdə pul kupyurasının üstündə oğurlandığı ehtimal edilən qızın yazısı tapılıb. Bu haqda “Al Arabiya” xəbər verib. 10 Misir funtunun üzərindəki ərəb yazıları facebookda qızğın mübahisələrə səbəb olub.

 

Pulun üzərində belə yazılıb: “Məni oğurlayıblar və bir evdə saxlayırlar. Mənim adım Ceyna Şouketdir”. Bu sözlərdən sonra ünvan qeyd olunub. Polis pulun üzərində yazılan ünvanı yoxlasa da, orada şübhəli heç nə tapmayıb. Sözügedən ünvanda hüquqşünas bir qadın və onun oğlu yaşayır. Oğurlandığı iddia olunan qız sözügedən ərazilərdə olmayıb.

 

Ehtimal olunur ki, əslində bu qeydi qızı oğurlayanlar iz azdırmaq üçün yalan məlumat olaraq yazıblar. 2014-cü ildə xəbər yayılmışdı ki, Çindən olan bir tələbə öz oğurlanmasını ssenariləşdirib. Məqsəd isə Braziliyadakı futbol matçında oynadığı bəhslərdəki uğursuzluqlarını unutdurmaq olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə İsrail və İrana çağırış etdi

Türkiyənin Xarici İşlər Nazirliyi bu gün İsraillə İranı və onların tərəfdarlarını böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.

Ukraynanın ən çətin sınağı başlayır - "Blumberq"

Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.

ABŞ Yəməndəki obyektləri vurub

Cis.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib.