banner
banner

Krİmİnal

Sabunçuda bir ailənin 4 üzvünü vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Sabunçuda bir ailənin 4 üzvünü vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Sabunçu rayonunda bir ailənin 4 üzvünü avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 23-də səhər saat 7 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub. Qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib hazırda vəziyyətləri qənaətbəxşdir.

Qəza barədə Sabunçu Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb, müvafiq müayinələr aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ 2107” markalı avtomobillə törədildiyi müəyyən edilib və dərhal görülmüş tədbirlərlə Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub. Onun “VAZ 2107” markalı nəqliyyat vasitəsi evinin həyətindən aşkar edilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Azərbaycanda məmur rüşvət alarkən TUTULDU

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.