banner
banner

Hərbİ

“Milli Məclis orduya nəzarət etsin” - Deputatlar parlamentdə məsələ qaldırdı

“Milli Məclis orduya nəzarət etsin” -

“Biz Tərtərdə hərbi hissədə edilən qanunsuzluqlar, zabitlərin əsgərlərə münasibəti, əsgərlərə soyuq havada ayaqyalın cəza verilməsi haqda məlumatlar eşitdik”.

 Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Silahlı Qüvvələr Haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat təklif edib ki, Milli Məclis də silahlı qüvvələrə nəzarət etməlidir:

“Biz büdcədən silahlı qüvvələr üçün vəsait ayırırıq, lakin onların fəaliyyətinə nəzarət etmirik”.

Deputat vurğulayıb ki, buna görə də müvafiq şəxslər Milli Məclisə dəvət edilməli və bu kimi məsələlərlə bağlı müvafiq komitələrdə müzakirələr olmalıdır. Qüdrət Həsənquliyev həmçinin, zabitlərin əmrinin sözsüz icra edilməsi barədə maddəyə yenidən baxılmasını təklif edib.

 O qeyd edib ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı hərbçilər 300-ə yaxın dinc insana atəş açdı və onları öldürdü.

Deputat bu kimi halların bizdə baş verməməsi üçün qanunvericilikdə lazımi addımın atılmasını təklif edib.

 

Deputat Vahid Əhmədov təklif edib ki, digər nazirliklərin və dövlət qurumların tabeliyində olan hərbi birləşmələr silahlı qüvvələrə tabe edilməlidir.

O qeyd edib ki, müstəqillik tariximizdə silahlı qüvvələrə tabe olmayan hərbi birləşmələrin dövlət çevrilişlərinə cəhdlərdə və digər bu kimi proseslərdə iştirakının şahidi olmuşuq:

 

“Təklif edirəm ki, istər müharibə şəraitində, istərsə də dinc şəraitdə həmin hərbi birləşmələr silahlı qüvvələrə tabe edilməlidir. Onsuz da biz hazırda müharibə şəraitindəyik. Hesab edirəm k, belə olsa yaxşı olar”.

 

Deputat həmçinin, hərbi obyekt və mülklərin özəlləşdirilməsinə qarşı çıxıb. O bildirib ki, hərbi mülkiyyətin özəlləşdirilməsi ali baş komandanın razılığı əsasında həyata keçirilməlidir:

 

“Biz hazırda bu sahədə neqativ halların şahidi oluruq”.

 

V.Əhmədov eyni zamanda, həmkarı Qüdrət Həsənquliyevin silahlı qüvvələrə nəzarət mexanizmi barədə təklifini dəstəkləyib. O qeyd edib ki, belə bir nəzarət mexanizmi olmalıdır:

 

“İndiyə qədər şahidi olmadım ki, Hesablama Palatası hər hansı hərbi hissədə yoxlamaların aparılması və nəticələri barədə Milli Məclisdə hesabat versin”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ: Səfərbərlik Xidməti məlumat yaydı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Baş leytenantımız yaralanıb

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Azərbaycan Ordusu...

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır.

DTX-nin hərbi qulluqçuları üçün güzəştlər tətbiq ediləcək

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqından və gəlir vergisindən azad ediləcək.