banner
banner

Şou

"Hələ yarımı tapa bilməmişəm"- Ülvi Qılınc

| Xəbər 714 dəfə oxunub
"Hələ yarımı tapa bilməmişəm"-
"Hər Səhər Əkbərlə" günü müğənni Ülvi Qılıncla açıb. Mövzular da, fərqli olub. Qısqanclıqdan söz düşüb. Müğənni bunu insanın uydurması və özünə əziyyət vermək adlandırıb.
Müğənninin soyadı həmişə diqqət çəkdiyi üçün buna da açıqlama verib: "Qılınc mənim ləqəbim deyil. Əslimizdən gələn soyaddır. Soyadım Qılınclıdır".
Ülvi Qılınc şəxsi həyatından da danışıb: "Subayam. Hələ yarımı tapa bilməmişəm. Seçdiyim xanım müğənni olmayacaq. Çünki müğənninin müğənni ilə evlənməsini doğru hesab etmirəm. İki bülbül bir araya gələndə ikisindən biri oxumur".
Gələcək planlarından sual verilən müğənni plan qurmağı sevmədiyini qeyd edib: "Plan qurmagı sevmirəm. Amma düşünürəm ki, yaxınlarda konsert vermək lazımdır. Yenilik etməliyəm".
Edilən pisliklərdən danışan Ü.Qılınc bildirib ki, hər şey əks təsirə  malikdir: "Həyatda hər şey əks təsirə malikdir. Amma nədənsə insanlar bunu dərk etmir. Bu gün kiməsə pislik etsəm, elə özümə etmiş olacam. Bu günə qədər kimisə tapdayıb hansısa pilləyə yüksəlməmişəm və tapdanmağa da imkan verməmişəm".
Müğənni estrada oxuyan müğənnilərdən Samir Bağırov və Mətanət İsgəndərlini əsil sənətkar hesab etdiyini vurğulayıb.
Daha bir sual tamaşaçı tərəfindən verilib. Deyilənə görə, müğənninin öncəgörmə qabiliyyəti varmiş. Müğənni bunu təsdiqləməyib: "Sadəcə hissiyatım güclüdür. Özümə aid bəzi şeyləri görə bilirəm. Buna görə kimsə qapımı döyüb, müraciət etməsin. Bir dəfə fikirləşdim ki, görəsən Vaqif Mustafayev məni filmə çəkə bilər? Çox keçmədən səhər mənə zəng gəldi çəklişlə bağlı. Yaxın günlərdə Allahın izni ilə baş tutacaq".
Cia.az