banner
banner

İqtİsadİyyat

10 min tondan çox pambıq yığan rayonlar - SİYAHI

| Xəbər 519 dəfə oxunub
10 min tondan çox pambıq yığan rayonlar

Dekabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 197 min 715 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən cia.az-a verilən məlumatda bildirilib ki, ötən gün 694,51 ton pambıq tədarük edilib.

Ən çox pambıq Saatlı rayonunda tədarük edilib. Pambıqçılar bu vaxtadək 25 min 396 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli daxildir.