banner
banner

Sİyasət

Məmmədyarovla Nalbandyanın görüşü başlayıb

| Xəbər 390 dəfə oxunub
Məmmədyarovla Nalbandyanın görüşü başlayıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü başlayıb. Cia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev bildiib ki, ATƏT-in Minsk Qrupunun həmsədrinin vasitəçiliyi ilə xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə Vyanada görüş keçirir: "Substantiv, intensiv və konkret müzakirələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün vacibdir".

Qeyd edək ki, nazir səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.