banner
banner

Şou

Hamı onu Beyons bilib şəkil çəkdirir - fotolar

| Xəbər 584 dəfə oxunub
Hamı onu Beyons bilib şəkil çəkdirir

ABŞ-ın Detroit şəhərində yaşayan Britni Villiams sosial şəbəkə fenomeninə çevrilib.

Britni müğənni Beyonsa bənzərliyi ilə diqqət çəkir.

İnstaqram izləyiciləri onun Beyonsa əkizi qədər oxşadığını qeyd edirlər. Lakin saçlarından başqa hər yeri təbii olan Villiams bu durumdan o qədər də məmnun deyil. 

O, küçədə rahat gəzə bilmədiyini, Beyonsun fanatları tərəfindən təqib edildiyini və gündə onlarla insanla şəkil çəkdirmək məcburiyyətində qaldığını bildirib.

Maraqlısı budur ki, Britninin ana, atası da Beyonsun valideynlərinə bənzəyirlər.