banner
banner

Mədənİyyət

Azərbaycanın özü kimi əbədi

| Xəbər 441 dəfə oxunub
Azərbaycanın özü kimi əbədi

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş respublika konfransı keçirilib.

Konfrans Azərbaycan Milli Kitabxanası, Bakı Humanitar Kolleci və Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ilə reallaşıb.

İştirakçılar əvvəlcə Ulu Öndərin öz şəxsi kitabxanasından Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət - Heydər Əliyev” adlı sərgi ilə tanış olublar.

Sonra ulu öndər Heydər Əliyevin Milli Kitabxanada çıxışına dair videoçarx nümayiş olunub.

Konfransda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Liderin ölkənin inkişafı yolunda əvəzsiz xidmətlərindən, dövlətçilik təcrübəsindən, hakimiyyəti müddətində dörd dəfə Milli Kitabxanada olmasından danışıb. Bildirib ki, bu gün Ulu Öndərin məqsədyönlü siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir və müstəqil Azərbaycanın daha da güclənməsi istiqamətində mühüm işlər görür.

Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan və Bakı Humanitar Kollecinin tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov çıxışlarında ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən danışıblar.

Sonra universitetin kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu” mövzusunda məruzəsi dinlənilib.

Tədbir bədii hissə ilə davam edib