banner
banner

Mədənİyyət

“Qonaqlıq”da duzlu-məzəli komediya olacaq

| Xəbər 308 dəfə oxunub
“Qonaqlıq”da duzlu-məzəli komediya olacaq

Dekabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanmış “Qonaqlıq” musiqili komediyası nümayiş olunacaq.

Teatrdan bildirilib ki, əsas rolu Xalq artisti Cəfər Namiq Kamalın canlandıracağı komediyada teatrın aktrisaları Zemfira Əbdülsəmədova və Hüsniyyə Əhmədova da çıxış edəcək.

Xronometrajı bir saat yarım olan səhnə əsərində ailə-məişət mövzusu qabardılaraq, sosial və ailə daxili problemlərə həsr olunmuş müxtəlif səhnəcik və monoloqlar təqdim ediləcək