banner
banner

İdman

"Mançester Siti"də ciddi itki

| Xəbər 478 dəfə oxunub
"Mançester Siti"də ciddi itki

"Mançester Siti"nin futbolçusu David Silva Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Şaxtyor"la oyunu buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, 31 yaşlı yarımmüdafiəçinin "Mançester Yunayted"lə görüşü də buraxa biləcəyini bildirib : "Silvanın ağrıları var. Onun derbiyə kimi hazır olub-olmayacağını bilmirəm. Ümid edirəm ki, o sağalacaq".

Qeyd edək ki, D.Silva İngiltərə Premyer Liqasının 15-ci turunda "Arsenal"a qarşı matçda zədələnib