banner
banner

Sosİal

Yağışlı hava ilə əlaqədariki əsas avtomagistralda sürət həddi endirildi

| Xəbər 474 dəfə oxunub
Yağışlı hava ilə əlaqədariki əsas avtomagistralda sürət həddi endirildi

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

BNA-dan bildirilib ki, sürətin endirilməsində məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.
Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”.