banner
banner

Krİmİnal

Salyanda DƏHŞƏT: ər arvadını və 3 qızını öldürüb həyətdə basdırdı

| Xəbər 539 dəfə oxunub
Salyanda DƏHŞƏT:

Salyanda itkin düşən ana və 3 qızın öldürüldüyü məlum olub.

Cia.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

 

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.

 

Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.