banner
banner

Sosİal

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsasnaməsi təsdiqləndi

| Xəbər 451 dəfə oxunub
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsasnaməsi təsdiqləndi

Nazirlər Kabineti "Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə"ni təsdiq edib.

Trend-in məlumatına görə, əsasnaməyə əsasən, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər Kabineti tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir.

 

Şuranın əsas vəzifələri ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, təkrarçılığı aradan qaldırmaq, müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarəti təmin etmək, onların nəticələrinin və səmərəliliyinin yüksəldilməsini təmin etmək, elmi-texniki tərəqqinin yeni istiqamətlərini müəyyən etmək və onların həyata keçirilməsi üçün elmi zəmin yaratmaq, elmi-texniki və sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə elmi tədqiqatların aparılmasını təşkil etmək, elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə kömək göstərmək, "Elmi kadrlar", "Elmi problemlər", "Elmi müəssisə və təşkilatlar", "Dissertasiyalar", "Elmi hesabatlar" və digər müxtəlif təyinatlı informasiya sistemlərini yaratmaq və onların başqa elektron sistemlərə inteqrasiyasını təmin etmək, Azərbaycan alimlərinin beynəlxalq layihələrdə iştirakını təşviq və təmin etmək, ölkə və beynəlxalq səviyyəli elmmetrik təhlillər aparmaq və onların nəticələri əsasında müvafiq təkliflər hazırlamaqdır. Şura eyni zamanda, müxtəlif səviyyələrdə elmi fəaliyyətin qiymətləndirilməsi üçün müasir üsullar işləyib hazırlamaq və təsdiq etmək, tədqiqatların maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq, elmi fəaliyyətin stimullaşdırılması üçün təkliflər hazırlamaqla məşğul olacaq.

Ölkədə təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində fundamental və tətbiqi tədqiqatların istiqamətlərinin və əsas problemlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə tədqiqatların həyata keçirilməsinə nəzarət edilməsi, elmi müəssisə və təşkilatların təklifləri əsasında elmi tədqiqat işlərinin cari və uzun müddətli planlarının hazırlanmasının təşkil edilməsi, mühüm elmi-texniki problemlərin həlli, elm və texnikanın nailiyyətlərinin geniş tətbiq edilməsi üçün vacib işlərin planlarının və kompleks tədbirlərin hazırlanması və onların təsdiq edilməsi, elmi tədqiqat işlərinin icra vəziyyətinin təhlili və tədqiqatların elm sahələri və problemlər üzrə inkişafının üstün istiqamətlərinin müəyyən edilməsi və s. şuranın əsas fəaliyyət istiqamətləridir.