banner
banner

İqtİsadİyyat

Azərbaycan İKT sahəsində İspaniya ilə əməkdaşlığı genişləndirir

| Xəbər 358 dəfə oxunub
Azərbaycan İKT sahəsində İspaniya ilə əməkdaşlığı genişləndirir

Bakıda keçirilən “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib.

 

İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini ehtiva edən müqavilədə "Ağıllı şəhər", "Əşyaların interneti" kimi layihələr üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 50 illik təcrübəyə sahib “Cibernos” Avropanın ən böyük texnologiya şirkətlərindəndir. Şirkət bir sıra Avropa ölkələrinə öz elektron həllərini təklif edir.