banner
banner

Dünya

Çində yaşayış evində partlayış baş verib: 14 yaralı

| Xəbər 354 dəfə oxunub
Çində yaşayış evində partlayış baş verib: 14 yaralı

Çinin şərqində yerləşən Şandun vilayətində yaşayış evlərinin birində partlayış baş verib.

Trend-in çin KİV-lərinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

 

Partlayış yerli vaxtla 08:30-da baş verib. Hadisə şahidlərinin sözlərinə görə, partlayışın səsi gur olub. Yaralananlar xəstəxanaya yerləşdirilir.

Partlayışın səbəbi məlum deyil.