banner
banner

Mədənİyyət

Bütün zamanların ən darıxdırıcı filmin adı açıqlanıb

| Xəbər 442 dəfə oxunub
Bütün zamanların ən darıxdırıcı filmin adı açıqlanıb

NME jurnalının tənqidçi və oxucuları kinematoqrafiya tarixində ən darıxdırıcı 20 filmin adını açıqlayıb.

Trend-in məlumatına görə, səsvermədə iki minə yaxın insan iştirak edib. Reytinqdə birinci sırada "Bozun əlli çaları" filmi qərarlaşıb. Bu filmi səs verənlərin 34%-i darıxdırıcı hesab edib.

 

İkinci yerdə 1999-cu ilin detektivi "Bler kaftarı" olub. Bu filmə sorğu iştirakçılarının 29%-i səs verib. Üçüncü pillədə, 26% səslə "Ulduz müharibələri. I Epizod" qərarlaşıb.

Siyahıya həmçinin "Transformerlər", "Qozbel dağ", "Vanilli səma", "Artist", "Tanış olun, Co Blek" kimi filmlər də daxil olub.