banner
banner

Gündəm

Milli Məclis ilin sonunadək qalmaqallı qanun layihəsinə baxacaq

| Xəbər 472 dəfə oxunub
Milli Məclis ilin sonunadək qalmaqallı qanun layihəsinə baxacaq

““Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının plenar iclasına tövsiyyə edilib”.

Bu barədə Modern.az-a  Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Musa Quliyev məlumat verib.

Deputat bildirib ki, qanun layihəsi parlamentin payız sessiyasının işlər planına daxil edilib.


“Artıq qanun layihəsi tam hazırdır. Komitənin qərarı ilə də Milli Məclisin plenar iclasına tövsiyə olunub. Sadəcə iclasların gündəliyi sıx olduğuna görə, ola bilsin ki payız sessiyasında müzakirəyə çıxarılmasın”.

Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi.