Əllillərlə bağlı səs-küylü qanun layihəsi parlamentin yaz sessiyasına qaldı
Milli Məclisin yaz sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq , bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.
Milli Məclisdən cia.az-a daxil olan məlumatına görə, “Əlillərin sosial təminatı haqqında”, “Dövlət bayrağı haqqında”, “Dövlət gerbi haqqında”, “Dövlət himni haqqında” qanun layihələri parlamentin “2018-ci il yaz sessiyasının işlər planı”na daxil ediləcək. Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.
Qeyd edək ki, hazırda “Əlillərin sosial təminatı haqqında” qanun layihəsinə Prezident Administrasiyasında baxılır. Qanun layihəsinin bu ilin sonunadək Milli Məclisə daxil olması gözlənilir.
Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.