banner
banner

Sosİal

Bəzi məktəblərə muxtariyyət veriləcək

Bəzi məktəblərə muxtariyyət veriləcək

Bəzi məktəblərə müəyyən çərçivələrdə fənlər və məzmunla bağlı muxtariyyət veriləcək.

 

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, kurikulum sistemi ilə bağlı hazırlanan yeni standartlara edilən əsas dəyişiklikdə öz keyfiyyətləri ilə seçilən təmayüllü məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyətin verilməsi məsələsi yer alacaq: "Hazırkı kurikulum sistemi buna imkan vermir. İlkin mərhələdə bu, çox az sayda məktəblərə şamil olunacaq. Bu məktəbləri Təhsil Nazirliyi seçəcək. Məktəblər öz fənlərini müəyyən etməkdə daha çox muxtariyyət əldə edəcəklər".

 

Şöbə müdiri əlavə edib ki, yeni standartlar hazırda ictimai müzakirəyə təqdim olunub: "Yeni standartlarda müəyyən fərqliliklər var. Belə ki, standartlara dəyərlər də əlavə olunub. Məsuliyyətliliyi, çalışqanlılığı tədrisin bir hissəsi kimi görürük. İlk vaxtlar kurikulum sistemində mövzu əsas rol oynayırdı. 2008-ci ildən bu günə qədər isə bilik və bacarığa əsaslanan kurikulum sistemi idi. Xeyirxahlıq, vətənpərvərlik, sevginin aşılanması yeni əlavə olunan dəyərlərdə öz əksini tapıb".

 

E.Əmrullayev qeyd edib ki, sənədin müzakirələri zamanı təkliflər gözlənilir, bundan sonra sənəd təsdiq üçün hökumətə göndəriləcək:

 

"Bizdə təhsilin məzmunu ilə bağlı ümumi anlayışlar təkmilləşməlidir. Yeni kurikulum təhsildə deqredasiyaya səbəb olmayıb. Kurikulum həmişə təkmilləşən, zamanın tələbinə cavab verən sənəd olmalıdır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?

Ekspertdən Xəzər dənizi ilə bağlı SOS

“Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm. Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq”.