banner
banner

İqtİsadİyyat

Hesablama Palatası: İki bankın müştərilərinə kompensasiya ödənilməsi zamanı pozuntulara yol verilib

| Xəbər 1311 dəfə oxunub
Hesablama Palatası: İki bankın müştərilərinə kompensasiya ödənilməsi zamanı pozuntulara yol verilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən iki bankın müştərilərinə kompensasiya ödənilməsi zamanı bəzi pozuntulara yol verilib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədov qeyd edib ki, hazırda ADIF-də auditlər davam etdirilir:

 

"Yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatdırılıb və müəyyən olunub ki, fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib".

O əlavə edib ki, bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edib.