banner
banner

Mədənİyyət

“Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

“Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Dekabrın 26-da təşkil ediləcək sərgi Mədəniyyət və Turizm Nazirliyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə sənət mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, müsabiqəyə 800 fırça ustası 1700-dək əl işi ilə qatılıb. Təqdim edilən rəsm əsərlərinin içərisindən 150 uşağın 160 sənət əsəri seçilib.

Qeyd edək ki, müsabiqə ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, habelə yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasına dəstək olmaq məqsədi daşıyır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər