banner
banner

Krİmİnal

Abşeronda 31 yaşlı kişi bıçaqlandı

Abşeronda 31 yaşlı kişi bıçaqlandı

Abşeron rayonu ərazisində bıçaqlanma olub.

APA-nın məlumatına görə, hadisə Məhəmmədi qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1986-ci il təvəllüdlü Əsədov Nahid Azad oğlu kürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəsəbə sakini, 1986-ci il təvəllüdlü Əsədov Nahid Azad oğlu kürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

N.Əsədov mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Məlumata görə, o, azyaşlı övladını məktəbdən evə gətirən zaman tanımadığı bir sürücü idarə etdiyi avtomobili uşağın üstünə sürərək onu qorxudub. Bundan qəzəblənən Nahid həmin adamla mübahisə edib və nəticədə bıçaqlanıb.

 

Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Mediada, sosial şəbəkələrdə rast gəlinən şikayətlərdən məlum olur ki, dələduzlar müxtəlif adlar altında vətəndaşları aldadırlar. Problemin bu qədər genişlənməsinin bir səbəbi də odur ki, bəzən dələduzluq cinayətini törədənlərin aldatdıqları vətəndaşların pulunu geri qaytarması təmin edilmir. Bəzən isə cinayət törədən şəxs ağır həbs cəzasına məhkum olunmur, ya da az cəza verilir. Bu da dələduzların sayının artmasına, onların qurbanlarının çoxalmasına səbəb olur.

“Realmedia.az”ın baş redaktoru həbs edildi

“Realmedia.az" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.

Rəşad Dağlı əfv olunur? – Hüquqşünas ŞƏRTİ AÇIQLADI

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Adəmin atasına 30 sutka həbs verildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.