banner
banner

Sİyasət

Keçmiş diplomatdan Rəsul Quliyevə ağır ittihamlar: “Bu vətən xaini...”

Keçmiş diplomatdan Rəsul Quliyevə ağır ittihamlar:

Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat müşaviri  Turqut Ər eks-spiker Rəsul Quliyevi sərt şəkildə tənqid edib. Turqut Ər facebook hesabından yazdığı statusda Rəsul Quliyevin mətbuata verdiyi müsahibəsində Türkiyə prezidentini tənqid etməsinə fikir bildirib.

Kifayət qədər sərt ifadələrdən istifadə etdiyi yazısında T.Ər Rəsul Quliyevi korrupsioner, bank fırıldaqları vasitəsilə böyük pullar qazanmış, eləcə də “OMON” hadisələrində və Qarabağ ətrafında 7 rayonun işğalında bilavasitə iştirakçı olmaqda ittiham edir.

 “Dəyərli oxucular, bu gün Azərbaycan internet səhifələrindən birində bir müsahibə dərc olunub. Müsahibədə danışan bir amerikan manqurtu Rəsul Quliyevdir. Keçmişdə rusun, indi isə Amerikanın manqurtu olan bu xəstə təxəyyüllü 20 ildir  Azərbaycandan oğurladığı milyard dollarla kef edir. Bu, Qafqazın ən böyük korrupsioneri, ölkəsinə, millətinə xəyanət edən bir xaindir. Birincisi, hələ 1990-cı illərdə Azərbaycan neftinin başında dayanmış, azərbaycanlı fəhlələrin qan-tərlə istehsal etdiyi neft pullarını mənimsəyib. Daha sonra müstəqillik zamanı banklar quraraq əhalidən topladığı dollarları mənimsəyərək qurduğu müxtəlif şirkətlər vasitəsilə xaricə daşımışdır”.

Bundan başqa, T.Ər R.Quliyevi 1994 - 1995-ci illərdə OMON hadisələrinin təşkilində iştirak etməkdə, həmçinin “1994-cü ildə Bişkekdə Ermənistan və Qarabağın qondarma nümayəndələri ilə  eyni masada əyləşərək atəşkəsə qol çəkməkdə”günahlandırıb.

resul.png (316 KB)

Daha sonra R.Quliyevin Türkiyə prezidenti barədə dediklərini böhtan adlandıran Turqut Ər bu ittihamlara cavab verəcəyini bildirib: “Bu köhnənin böyük korrupsioner və cinayətkarı, indinin Amerika manqurtu nədənsə Türkiyə Respublikasına və onun demokratik yolla seçilmiş prezidentinə böhtanlar atır, şərləyir və həddi olmayan tənqidlər səsləndirir. Bu amerikan manqurtunun kimləri düşündüyü və qayəsi məlumdur”.

turqut er.png (68 KB)

Qeyd edək ki, Turqut Ərin qəzəbli reaksiyasına səbəb olan yazı bir neçə gün əvvəl ovqat.com saytında dərc olunub. Müsahibənin yayınlanmış birinci bölümündə eks-spiker Rəsul Quliyev Ərdoğanın Qüds məsələsindəki mövqeyini tənqid edib, bunun Türkiyə üçün faydasız olduğunu, daha çox Ərdoğanın özünün ambisiyalarına xidmət etdiyini qeyd edib.

Sitat: “Fələstini müdafiə edən Türkiyə yox, prezident Ərdoğandır. Ərdoğanın özünü qeyri-adekvat aparmasının izahı isə çox çətindir. 80 milyonluq Türkiyə xalqı ildə 700 milyard dollarlıq məhsul istehsal etmək gücünə malikdir. Müqayisə üçün 80 milyonluq almanlar ildə 4 trilyonluq məhsul istehsal edir. Bu insan nəyə güvənib dünyaya meydan oxuyur? Bu ucuz qəhrəmanlıqdansa, öz ölkəsinin demokratik imicinin qayğısına qalsın. Dünyada 273 jurnalist həbs olunub, onun 70-i tək Türkiyənin payına düşür. Almaniyanın prezidenti ev almaq üçün (cəmi 400 min dollar) bankın verdiyi cüzi diskauntlu (güzəştli-red.) kreditə görə istefaya göndərilir. Bu insanın sübuta yetirilmiş milyardlarla rüşvət alması isə onu narahat etmir, meydan oxumağı sürdürür. Ərəb dünyasının nifrət etdiyi Ərdoğanın Qüds problemindən özünün təbliğatı üçün istifadə etməsinin iki səbəbi ola bilər: Birincisi, ağır narçisizm xəstəliyinə düçar olub. İkincisi, Türkiyəni saldığı ağır vəziyyətdən diqqəti yayındırmaq üçün növbəti  yalançı versiya irəli atıb. Ancaq bu, müvəqqəti işləyən siyasət rolu oynaya bilər. Fələstinlilər Türkiyəni öz problemlərinin həllinə heç vaxt yaxın qoymazlar”.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib. Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.

Azərbaycan XİN təcili BƏYANAT YAYDI

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.

Hökumət Milli Məclisdə toplanacaq

Milli Məclisin yaz sessiyasında hökumətin növbəti dəfə Milli Məclisin iclasına toplaşacağı gözlənilir. Bu, ötən ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim olunan hesabatla bağlıdır.