banner
banner

Gündəm

Jüri üzvləri Zərrab işində qərar verə bilmir

Jüri üzvləri Zərrab işində qərar verə bilmir

“Reuters” xəbər agentliyi İrana qarşı embarqonun qeyri-qanuni yollarla pozulması ilə bağlı Nyu-Yorkda davam edən məhkəmədə qərar üçün müzakirələrə başlayan jüri ilə bağlı ilginc iddia ortaya atıb. “Yeni Müsavat” xəbər verir ki, jüri təqsirləndirilən şəxs qismində tanınan Türkiyənin “Xalq Bank”ının keçmiş müdir köməkçisi Mehmet Hakan Atillanın günahkar olub-olmaması mövzusunda görüş ayrılığı yaşadığına dair söz-söhbət dolaşır.

Türkiyə ictimaiyyəti tərəfindən “Rza Zərrab məhkəməsində Atilla tək şahid olaraq ittiham olunur. Üç həftə boyunca davam edən proseslərin ardınca jüri çərşənbə günü qərar üçün dəyərləndirmələrə başlayıb. Ancaq jüri üç günlük dəyərləndirmə müddətinin sonunda bir qərara vara bilməyib.

Yeni il tətilinə görə dəyərləndirmələrə 3 yanvar tarixinə qədər fasilə verilib. Jürinin Atillanın günahkar olub-olmamasına yekdilliklə qərar verməsi gözlənilir.

BBC Türkcənin xəbərinə görə, jüri cümə günü dəyərləndirmələrində hakim Riçard Bermana bir məktub yollayaraq aşağıdakını soruşublar: “Attilaya yönləndirilən qara pul silinməsi ittihamı ilə bağlı jüri üzvlərinin dəyərləndirmə edərkən eyni kriteriyalara əsasən hərəkət etməsi vacibdirmi?” Berman da bu suala “bəli, vacidir” deyə cavab verib.

Prosesdə Atillaya ABŞ və xüsusən də ABŞ Xəzinə Nazirliyinə qarşı dələduzluq etmək, Beynəlxalq Təcili İqtisadi Güc Qanununu (International Emergency Economic Powers Act) pozmaq, bankçılıq sistemində saxtakarlıq etmək, qara pul yumaq və qara pul yumaq üçün tələ qurmaq" olmaq üzrə 6 ittiham yönləndirilir. Atilla ona qarşı yönləndirilən ittihamları rədd edir.

Jüri Qorxmazın ifadəsini yenidən təhlil etdi

Məhkəmədə, eləcə də sübutlar siyahısında yer alan telefon dinləmələri və bəzi sənədlərin necə əldə edilməsinə dair 17-25 dekabr 2013 tarixlərində rüşvət və koprrupsiya iddiaları ilə bağlı aparılan istintaqda iştirak edən keçmiş polis məmuru Hüseyin Qorxmaz da ifadə verib. Qorxmaz bu sənədləri şəxsən özünün ABŞ-a gətirdiyini və lazımi instansiyalara verildiyini bildirib.

Jüri cümə axşamı günü Qorxmazın ifadəsinin bir hissəsini gözdən keçirmə tələbini bildirib. Bundan başqa, Bermanın məhkəmələrin son günündə verdiyi hüquqi təlimatlarla bağlı da dəqiqlik tələb edilib.

Məhkəmənin digər təqdirləndiriləni olan Zərrab isə məhkəmə prosesi başlamadan öncə ittiham tərəfi ilə anlaşma yoluna girərək, ona yönləndirilən ittihamları qəbul edib və məhkəmədə prokurorluq lehinə şahid olaraq ifadə verib.

Həm Mehmet Hakan Atilla, həm də Rza Zərrab İranın Türkiyəyə satdığı təbii qaz və neft gəlirləri Irana dolayı yollarla göndərməkdə ittiham olunur. Bunun üçün onların qızıl ticarəti və “xəyali buğda ixracatı” ilə məşğul olduqları iddia edilir.

Bu qədər uzun fasilə “qeyri-adi hal”dır

Prosesi yaxından izləyən jurnalistlərdən biri, “Nyu-York Tayms” qəzetinin müxbiri Benjamin Veiser yazıb ki, jürinin məsləhətləşmə görüşmələrinin günlərlə, hətta həftələrlə davam etməsi nadir görülən bir haldır. Veiser yazıb: “İran sanksiyaları ilə bağlı məhkəmədə müşavirələrə 3 yanvarda davam ediləcək olması ciddi hadisədir. Buna görə də hakim jüri üzvlərinə hər gün müxtəlif təlimatlar verir. Bu təlimatlar onların məhkəmə ilə bağlı heç bir xəbər oxumaması, izləməməsi, mövzu ilə bağlı araşdırma aparmaması və bu mövzu barədə başqası ilə müzakirə aparmamasıdır».

Prosesi izləyən bir başqa jurnalist Pete Bruş da yazıb ki, Bermanın jüriyə bayram tətili zamanı da müəyyən təlimatlar verəcəyi, amma bu iddianın rədd edildiyi bildirilir.

ABŞ-dakı jürilik sistemi 

ABŞ vətəndaşları üçün məcburi olan jüri üzvlüyü üçün namizədlərə həyatları boyunca iki və ya üç dəfə çağırış göndərilir. Namizədlər çox vacib bir səbəb göstərə bilmədikləri halda məhkəməyə gəlməyə məcburdurlar.

ABŞ hüquq sistemində iki növ jüri var. Biri “Kiçik jüri”, digəri isə “Böyük jüri”dir. Onların bu cür kateqoriyaya bölünməsinin səbəbi isə heyətdəki jürinin sayıdır. İstintaq mərhələsində qurulan böyük jüri gizli çalışır. Məhkəmə prosesindəki jüri isə “kiçik jüri” adlanır və onları hamı görür.

Atilla məhkəməsindəki kimi, böyük jüri heyətinin üzvləri əsasən 12 nəfər və ya ondan artıqdır. Jüri qərarını “günahkar” və ya “günahsız” deyə açıqlayır, əlavə şərh vermir.

Prosesin sonunda jüri “verdict” adlanan qərarını açıqlayır. “Verdict”də hər hansı şərhin olması yolverilməzdir. Təqsirləndirilən şəxsin neçə səslə günahkar elan edilməsi isə prosesin məzmunundan və baş verdiyi ştatdan asılıdır.

Bəzi məhkəmə işlərində əksəriyyətin səsi kifayət etdiyi halda, bəzi məhkəmələrdə də əksəriyyətin səsi, bəzən də yekdillik tələb edilir. Jüri cəza ilə bağlı qərar vermir, elə bir səlahiyyəti yoxdur.

Rza Zərrabın və Atillanın taleyinə bu şəxslər qərar verir

Ötən həftəki son məhkəmə prosesində jüri üzvlərindən ikisi dəyişdirilmişdi. Hansı üzvlərin dəyişdirildiyi isə məxfilik tələbinə görə açıqlanmayıb. Amma qeyd edilib ki, jüri üzvlərindən birinin yüksək temperaturu olub, bir başqası isə öncədən planlaşdırılmış bir iş səyahətinə görə prosesə qatıla bilmir. Bu iki dəyişiklik xaricində 28 noyabrda seçilən jüri üzvlərinin profili aşağıdakı kimidir:

Kişi: İbtidai sinif müəllimi

Qadın: Gözəl sənətlər məzunu, texniki dizayner

Qadın: Tibb bacısı, həyat yoldaşı təqaüdçü vəkil

Qadın: Xəstəxanada çalışır.

Qadın: Daha öncə jüridə təmsil olunub. Dini kitablar oxumağı sevir, investor.

Kişi: Lisey müəllimi

Kişi: Mühəndis

Qadın: Tibb bacısı, Harlemdə yaşayır.

Kişi: Daha öncə jüri üzvü olub. İqtisadiyyat üzrə ali təhsili var.

Qadın: Mətn yazarı, Manhattanda yaşayır.

Kişi: İdman müəllimi, idman verilişləri izləyir.

Kişi: Gənclik illərində bacısını öldürüb. Qrafika dizayneri, həyat yoldaşı vəkil

Ehtiyat üzvlər:

Kişi: Bir maşın şirkətində çalışır. İqtisadiyyat üzrə təhsili var. “Nyu  York Times” və “Wall Street Journal” qəzetlərini oxuyur.

Qadın: İki dəfə jüri üzvlüyü edib. Bələdiyyədə müfətiiş və analizçi olaraq çalışır.

Kişi: Jüridə olub. Maşın təmirçisi. Sürətli maşınlar hazırladığını deyir. İdmanla məşğul olmağı və idmanla bağlı verilişlər izləməyi sevir.

Qadın: Manhattanda yaşayır. İncəsənət sahəsində təhsil alıb. Koordinator olaraq çalışır. “NY Magazin” və “NY Times” oxuyur.

Kişi: Vestchesterda yaşayır. 24 ildir təhsil məsləhətçisi kimi işləyir. “Daily News” qəzeti oxucusudur.

Kişi: Manhattanda yaşayır. Maliyyə sektorunda çalışır. Səyahət kitabları oxuyur. CNN izləyir və yoqa ilə məşğul olur.

Nazir Zərraba görə peşmandır

Bu arada R.Zərrab cəbhəsindən daha bir xəbər. R.Zərrab CHP lideri Kamal Kılıçdaroğlu ilə bağlı məhkəməyə verdiyi müraciətlərdən imtina edəcək. Kılıçdaroğlu maliyyə naziri Nihat Zeybekci və həmin vaxtkı baş nazir müavini Numan Kurtulmuşun Zərraba plaket verdiği dönemdə onu tənqid etmişdi. CHP lideri Zərrabın nazirləri ələ keçirdiyini və rüşvətçi olduğunu söyləmişdi.

Zərrab da həmin vaxt Kılıçdaroğlu haqqında toplam 6 mənəvi təzminat işi açmışdı. Bunlardan beşi Kılıçdaroğlu lehinə, biri isə əleyhinə sonuclanmışdı. Zərrabın vəkili Kılıçdaroğlunun vəkili Celal Çelikə zəng edərək, şikayətlərindən vaz keçdiklərini, bununla bağlı onları məlumatlandırmaq istədiyini bildirib.

İqtisadiyyat naziri Nihat Zeybekci daha öncə R.Zərraba verdiyi “İxracat çempionu” mükafatı barədə “Bizim üçün də keçmişdə qalıb və bu haqda danışmaq istəmirik” deyib: “Türkiyədə bu məsələ sağlam bir atmosferdə müzakirə olunmur. Türkiyə İxracatçılar Məclisi ixracat mükafatını verəcəkləri şəxslərin siyahısını hazırlayan və bunu müəyyənləşdirən şəxslər deyil. İnsanlar bir performans göstərir və bu siyahıya girirlər. Biz də həmin mükafat mərasimində qabağımıza qoyulan mükafatı veririk”.

Nazir jurnalistlərin “Zərrabın həmin vaxt böyüdülməsi və fəaliyyətinin şişirdilməsi xəta idi deyirsizmi” sualına cavabında isə bunu deyib: “İndi bunları müzakirəyə davam etmək də eyni şey deyil? Belə şeylərə heç vaxt etibar etmirik. Bizim üçün də keçmiş, danışılmamalı olan şeylərdir”.musavat



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.