banner
banner

Krİmİnal

Bərdədə polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb

Bərdədə polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb

Bərdə rayonunda polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb. Hadisə rayonun Əliyanlı kəndində baş verib.

Belə ki, kənd sakini Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs polisə gedərək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Sevindik Məmmədov Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabiq baş pediatr özünü güllələdi - Rəsmi açıqlama

1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.