banner
banner

İqtİsadİyyat

Samir Şərifov: Milli valyutamız manatın məzənnəsi sabitləşib

Samir Şərifov:

Milli valyutamız manatın məzənnəsi sabitləşib.

Bu barədə ölkənin maliyyə naziri Samir Şərifov AZTV-yə açıqlamasında deyib.

“İlin əvvəlinə baxsaq, görərik ki, hətta manatın məzənnəsi bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqaisədə təxminən 3,4%-dırsa, fevral ayı ilə müqaisədə 10% möhkəmlənmə baş verib”, deyə nazir qeyd edib.

S.Şərifov onu da deyib ki, manatın məzənəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur: “Bu da bir daha manata olan inamın tədricən bərpa olunmasının göstəricisidir.”

Onun sözlərinə görə, cari il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub: “Cari ildə biz 2015-2016-ci illərdəki ölkə iqtisadiyyatının xarici şoklara məruz qaldığı problemlərinin həlli ilə məşğul olmuşuq, ölkənin makroiqtisadi vəziyyətinin sabitlədirilməsinə daha çox səylər göstərilib.”

Samir Şərifovun sözlərinə görə, 11 ayın yekunları göstərir ki, iqtisadiyyatda sabitləşmə baş verib və ölkənin iqtisadi vəziyyəti əvvəlki illə müqaisədə daha sabitdir: “Azərbaycan hökumətinin gördüyü tədbirləri beynəlxalq maliyyə fondları tərəfindən də çox yüksək qiymətləndirilir.”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.