banner
banner

Sİyasət

Azərbaycan bu il 5 ölkəyə humanitar yardım göndərib

Azərbaycan bu il 5 ölkəyə humanitar yardım göndərib

Azərbaycan bu il 5 ölkəyə humanitar yardım göndərib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir.

Qeyd olunur ki, 2011-ci ildə XİN-in tərkibində yaradılmış Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency /AIDA/) dünyanın inkişaf etməkdə olan ölkələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində yoxsulluğun azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, enerji resurslarından səmərəli istifadə, müxtəlif təyinatlı təqaüd proqramlarının, habelə humanitar və texniki təyinatlı digər layihələrin həyata keçirilməsini dəstəkləməkdədir. Artıq 40-dan çox Afrika, Asiya və Latın Amerikası ölkələri Agentliyin həyata keçirdiyi proqramlardan faydalanıb.

Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq Rohinca müsəlmanlarına yardım məqsədilə 9 sentyabr 2017-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş ərzaq mallarından ibarət humanitar yardımın AIDA və Azərbaycanın Hindistandakı səfirliyi tərəfindən ünvanına çatdırılması təmin edilib. Həmçinin BMT-nin baş katibi Antonio Quterreşin müraciəti əsasında dövlət başçısının tapşırığı ilə Azərbaycan tərəfindən AIDA vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində yaranmış humanitar böhranla bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara və BMT-nin Yüksək Səviyyəli Donor Konfransı çərçivəsində Yəmənə BMT xətti ilə humanitar yardım göstərib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.