NBC Nevs xəbər verib ki, genetik olaraq çəhrayı rəngə sahib olan yeni ananas növü artıq satışa çıxarılıb. Bu ananasın içi çəhrayı, xarici görüntüsü sarı, adı isə “Rose”dir.
Hər şey “Rose”nin necə satılacağından asılıdır. Çox satılacağı halda, Del Monte bir çox meyvələri də çəhrayı edəcək. Son nəticədə qadınlar üçün böyük bir bazar yaranacaq və bundan da ən çox işbazlar qazanacaq. Amma bu, dünyada qadın haqları müdafiəçiləri tərəfindən də birmənalı qarşılanmayıb. Çünki onlar bununla qadınların hüquqlarının pozulduğunu, onların qüruruna toxunulduğunu, zəkalarının aşağılandığını iddia edirlər.
Belə ki, qadınların çəhrayı rəngdə olduğu üçün hər şeyi satın alacağı iddiası onların zəkasına şübhə etməyə bərabərdir. İddia olunur ki, yaxın zamanda “çəhrayı ananas qadınları arıqladır” kimi yalançı xəbərlər də çıxacaq. Bununla da çəhrayı ananasın bazarı daha da böyüyəcək.
Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?
Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq.
Ötən il yayılan xəbərlərə görə, məscid və digər ibadətgahlarında qoyulan nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarətinə verilib.
Son günlər müzakirə olunan məsələlərdən biri də müharibə veteranlarının müavinətinin 80 manat olmasıdır. İstər ictimaiyyət, istərsə də veteranlar hazırda ödənilən 80 manatın az olduğunu bildirirlər.
“Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm. Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq”.