banner
banner

Sosİal

Partiyalar borc İÇİNDƏ: “550 manat işığa borcumuz var…qazı, suyu kəsirlər”

Partiyalar borc İÇİNDƏ:

Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları maliyyə çatışmazlığından şikayətlənirlər.

 

Partiyalar fəaliyyət göstərmək üçün ayrı-ayrı özəl mülkləri icarəyə götürürlər.  Pul azlığı olan partiyaların aylıq icarə haqqı ödəməsi də onların işini çətinləşdirir. Hər halda bu, onların özlərinin dedikləridir.

 

Bəs görəsən, partiyaların aylıq icarə haqqı, kommunal xərcləri nə qədərdir və bunu ödəyə bilirlərmi?

 

Modern.az saytı bu sualla bir neçə siyasi partiyaya müraciət edib.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

 

“Biz “Hüriyyət” qəzetinin ofisində yerləşirik və bu xərclərin hamısını onlar ödəyir. Yer pulu, su, qaz, işıq pulu və sair.  Bütünlükdə ofisin ay ərzində 1000 manata yaxın xərci olur”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

 

“Bizim ən çox ödədiyimiz kommunal xərclər işıq və internet puludur. Eyni zamanda yanacağa çox pul xərcləyirik.  Məsələn, bizim 4 aydır ki, işığa borcumuz var. Təxminən bu, 550 manatdır. 50-60 manatını indi ödəyəcəyəm.  Yəni bir az çətinliklərimiz var. Hər halda partiyamız gündəlik fəaliyyətdədir.

 

Bütün çətinliklərə baxmayaraq işimizdən geri qalmırıq. İş vaxtımız saat 10-dan başlayır və 7-yə qədər partiyanın üzvləri, aparatın işçiləri - hamımız işdə oluruq. Yəni daim iş başındayıq”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP)  sədr müavini Xəzər Teyyublu:

 

“Kommunal xərcləri çox çətinliklə ödəyirik. Təkcə KXCP-də deyil, ümumiyyətlə digərlərində də vəziyyət belədir. Amma biz öz partiyamıza cavabdehik. Konkret olaraq su, işıq pulu, məişət tullantılarının pulu kiçik ölçüdədir. Heç bir işçimiz yoxdur, ictimai əsaslarla qərargahda işlərin getməsinə kömək edirik. Yalnız işıq pulunu ödəmək mümkün olur. Kommunal xərcləri kiçik də olsa, fəal üzvlər sayəsində birtəhər ödəməliyik. Bu baxımdan qənaət rejimindəyik.  İşıqdan lüzumsuz istifadə etmirik. İanə məsələsi olmadığından bu işlərdə çətinliklərimiz var”.

 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:

 

“Təqribən bizdə icarə haqqı, su, işıq, telefonun pulu ay ərzində 600 manatdan yuxarı məbləğ edir. Biz də həmin xərcləri ödəmək məcburiyyətindəyik. Çünki hansını ödəməsək, indiki halda onun cəzasını ödəməli olacağıq. Bu baxımdan xərcləri yığılan üzvlük haqqı hesabına ödəmək mümkündür”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri Əli Orucov:

 

“Kommunal xərcləri gec də olsa ödəyirik. Bir də görürsünüz ki, borca görə qazımızı, işığımızı kəsirlər. Əslində kommunal xərclər aylıq böyük məbləğ deyil. Amma yenə də bununla bağlı çətinliklər yaranır. Bunun öhdəsindən gəlməyə çalışırıq, çünki başqa çarəmiz yoxdur. Həm də bizim böyük qərargahımız yoxdur.  Hər dəfə köçdükcə avadanlıqlarımız, partiyanın arxivi itir. İndi balaca bir yerə sığışmışıq. Görün vəziyyət nə yerdədir ki, hətta kommunal xərcləri ödəməkdə çətinlik çəkirik. Bir ay ərzindəki xərcimiz fəsillərə görə dəyişir. Məsələn, qış fəslində enerjiyə daha çox ehtiyac yaranır. Hardasa 100 manata yaxın xərcimiz çıxır”.

 

Azərbaycan Liberal Partiyasının  (ALP)  sədri Əvəz Temirxan:

 

“Partiyanın kommunal xərcləri sıfırdır. Çünki biz evlərimizdə fəaliyyət göstəririk və ofisimiz yoxdur. Partiyamız artıq 23-cü ildir fəaliyyət göstərir  və 23 ildə onlarla yerə müraciət etməyimizə baxmayaraq  bizə ofis vermirlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.