banner
banner

İdman

Qurban Qurbanovun yeni köməkçisi -FOTO

Qurban Qurbanovun yeni köməkçisi

Bolqarıstanın MOİK klubunun məşqçisi Mario Mitov karyerasını Azərbaycanda davam etdirəcək. Bolqar həmkarlarımız Sofiya klubunun akademiyasından ayrılan 24 yaşlı çalışdırıcının ölkəmizə üz tutduğunu iddia edir.

Fiziki hazırlıq üzrə mütəxəssisin karyerasını “Qarabağ”da davam etdirəcəyi bildirilir. O, Ağdam təmsilçisində Çudomir Çakarovu əvəzləməlidi.

Belə ki, sonuncu ölkəmizdəki fəaliyyətini Azərbaycan millisində davam etdirəcək. Bu üzdən ona klubda əvəzləyici axtaran “Qarabağ” rəhbərliyi və baş məşqçi Qurban Qurbanov seçimini gənc çalışdırıcının üzərində dayandırıb.

Qeyd edək ki, son bir ili MOİK-də keçirən Mario Mitov tanınmış futbolçu Dobri Mitovun oğludu.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.