banner
banner

Sosİal

Bakıya qar gələcəkmi - hava proqnozu

Bakıya qar gələcəkmi - hava proqnozu

Yeni il ərəfəsində hər kəs ətraf mühitin ağ qara bürünməsini arzulasa da, bu, paytaxtda baş vermədi. Yanvar ayı gələr-gəlməz havalar soyusa da, qar havası yoxdur deyə bilərik. Yalnızca yanvar ayının 1-dən 2-si səhərədək ölkə ərazisində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal, şimal-qərb küləyi əsib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, düşən yağıntının miqdarı Şahdağda 18, Oğuz 16, Qəbələ 15, Mingəçevir 14, Ordubad 14, Zaqatala 12, Bərdə 8, Zərdab 7, Xınalıq 6 mm olub. Qar örtüyünün hündürlüyü Şahdağda 25, Xətəmdə 25, Qırızda 12, Xınalıqda 10, Daşkəsəndə 4, Gədəbəydə 5 sm təşkil edib.

Bölgələrdə qar olsa da, paytaxtda yaxın günlərdə qar gözlənilmir. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji  Proqnozlar  Bürosunun direktor müavini Gülşad Məmmədova “Yeni Müsavat”a açıqlamasında bildirdi. G. Məmmədovanın sözlərin görə, yağıntılı və dumanlı hava müşahidə ediləcək:“Hava şəraiti yanvar ayının 2-də qeyri-sabit keçdi. Əksər rayonlarda yağış yağdı. Dağətəyi rayonlarda da qar yağıb. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlmişdi. Lakin yanvarın 3-ü və 4-də havanın əsasən yağmursuz və sabit keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacağı da istisna olunmur. Mülayim cənub qərb küləklərində üstünlük müşahidə olunacaq. Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər saatlarında isə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur. Mülayim cənub qərb küləyi şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz müsbət 8-10, gecə isə 4-6 dərəcə arasında dəyişəcək. Hələ ki, yaxın 2-3 gün ərzində Bakıda qar yağacağı ehtimal olunmur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.