banner
banner

Hərbİ

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər planı imzalayıb

| Xəbər 3697 dəfə oxunub
Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər planı imzalayıb

2018-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, plana əsasən, keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi