Baytarlıq Xidməti: Azərbaycanda infeksion xəstəlik təhlükəsi yoxdur
Quşçuluqla məşğul olan azərbaycanlı sahibkarlar ölkədəki stabil epizootik vəziyyətdən əmin ola bilərlər.
Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Füzuli Quliyev deyib.
Onun sözlərinə görə, dövlət xidməti tərəfindən aparılan tədbirlərə əsasən tam əminliklə demək olar ki, Azərbaycanda epizootik vəziyyət stabildir və infeksion xəstəlik təhlükəsi mövcud deyil: "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əsas məqsədi epizootik plana əsasən ölkədə infeksion xəstəliklərə qarşı profilaktika tədbirlərinin keçirilməsidir. Eyni zamanda xidmət müalicə tədbirləri həyata keçirir".
Laboratoriya direktoru əlavə edib ki, bu il dövlət xidməti ölkədə quş qripi infeksiyasının olub-olmaması ilə bağlı bir sıra monitorinqlər keçirib: "2017-ci ildə mövsümi tələblərə uyğun olaraq dörd monitorinq keçirmişik. Monitorinqlər nəticəsində 7 655 ev quşundan qan nümunələri götürülüb. Bundan başqa, vəhşi quşlar üzərində təhlillər aparılıb. Nəticələr göstərib ki, Azərbaycanda quş qripi mövcud deyil. Bu isə o deməkdir ki, quşçuluqla məşğul olan sahibkarlar ölkədəki stabil epizootik vəziyyətdən əmin ola bilərlər".
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi fəaliyyəti göstərən minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə olunmayacaq.
Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.