banner
banner

İqtİsadİyyat

Kənd təsərrüfatı yarmarkalarında qiymət müəmmasının səbəbi

Kənd təsərrüfatı yarmarkalarında qiymət müəmmasının səbəbi

Bakı əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək, eyni zamanda bazarda qiymət artımını tənzimləmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həftəsonu yarmarkaları təşkil olunur. Bu yarmarkalar müxtəlif rayonlardan fermerlərin öz məhsullarını birbaşa bazara çıxarmasına imkan yaradır.

Bu həm də yarmarkada kənd təsərrüfatı məhsullarının digər bazarlardan daha ucuz satılmasına şərait yaratmalıdır. Lakin mövsümlə əlaqədar aqrar məhsulların bahalaşması yarmarkalardan da yan keçməyib. Qiymətlər isə demək olar ki, paytaxtın digər iri bazarları ilə eynidir. Bəs səbəb nədir? Həftəsonu yarmarkalara baş çəkib, qiymətlərlə maraqlandıq.

Yarmarkada həmişə olduğu kimi, alıcı sıxlığı müşahidə edilir. Meyvə- tərəvəzdən tutmuş ət və balıq məhsullarına qədər nə istəsən, burada tapmaq mümkündür. Lakin bazara gələn alıcıların çoxu aldığı məhsulları daha ucuz əldə edəcəyi düşüncəsi ilə gəlsələr də tamam başqa vəziyyətlə qarşılaşırlar. Bir neçə alıcı arasında keçirdiyimiz sorğunun nəticəsində bəlli oldu ki, yarmarkadakı qiymətlər heç də bazar qiymətindən fərqlənmir. Hətta bəzi alıcılar “8-ci kilometr” bazarındakı qiymətlərin yarmarka qiymətindən daha ucuz oluğunu bildirdi.

“Artıq bir neçə bazardır ki, yarmarkaya gəlirəm. Bir neçə tərəvəz var ki, onların qiymətini bilirəm və bazarla müqayisə aparıram. ”Vosmoy" bazarında qiymətlərlə müqayisədə bura daha bahadır. Halbuki daha ucuz olmalı idi. Bildiyim qədər yarmarkanın əsas missiyası bu olmalıdır. Təəssüf ki, belə deyil. Məsələn, kələmin kiloqramını burada 40 qəpiyə, almanın kiloqramını isə 1 manata verirlər. Halbuki, “Vosmoy” bazarında bu qiymətlərdən 15-20 qəpik daha ucuz təklif edirlər".

Yarmarkadakı satıcılarla da həmsöhbət olduq, alıcıların bahalıqdan şikayətləndiklərini onlara bildirdik. Əksər satıcılar yarmarkada bahalıq olmadığını bildirsələr də, bir neçə satıcı bunun əksini dedi: “Öncə bildirim ki, bu bazarın adı kənd yarmarkası adlansa da, əslində 80 faizi şəhər alverçiləridir. Rayondan meyvə-tərəvəz gətirən azsayda satıcı görərsiniz. Mən meyvə satışı ilə məşğul oluram. Öz həyətimin və yaxın qonşuların məhsulunu bazara satmağa gətirmişəm. Demək olar ki, hamısını satmışam. 3-4 kiloqram alma qalıb. Onu da bir neçə dəqiqəyə satacam. Ancaq diqqət etsəniz, mənimlə qonşu olan piştaxtalarda Bakı alverçiləri işləyir. Ancaq məhsulun yarı hissəsi qalır. Onları da qınamaq olmaz. Hamı çörəkpulu üçün gəlib. Yarmarkaya Bakıdakı bazarlardan, hətta ”8-ci kilometr" bazarından mal gətirirlər. Digər tərəfdən isə şəhər alverçiləri yarmarkada tutduqları yerə görə icarə haqqı ödəyirlər. Yəni, həm yer haqqı ödəmlidirlər, həm də xərclədikləri mayanı çıxarmalıdırlar. Buna görə də məhsulu baha satışa qoymalı olurlar. Lakin icarə haqqı rayonlardan mal gətirən fermerlərə şamil edilmir. Kənd Təsərrüfatı Nazirliyi Rayon İcra Hakimiyyətinin verdiyi icazə sənədini yoxladıqdan sonra bizi yarmarkaya buraxır".

Bazarda apardığımız qısa araşdırma da göstərdi ki, yarmarkada qiymətlər bir qədər bahadır. Məsələn, balıqların qiyməti bazarlarla müqayisədə 1 manat yuxarıdır. Bazarda kiloqramı 6 manata satılan belamur balığı yarmarkada 6.50- 7 manata, 5 manata satılan sazan balığı isə 6 manata təklif olunur.

Digər meyvə və tərəvəzlərin qiymətində də fərq müşahidə edilir. Tərəvəzlərdə qiymət fərqi nəzərəçarpacaq dərəcədə olmasa da, meyvələrdə hiss olunur. Meyvələrdən bananın kiloqramı 3 manat, portağal 1 manat 80 qəpik, kivi 3 manat, narıngi 2 manat 50 qəpikdir. Halbuki bazarda bu meyvələri 50-80 qəpik ucuz almaq mümkündür.

Yarmarkanın tərəvəzlərin topdan satıldığı hissədə satıcılarla həmsöhbət olduq. Öyrəndik ki, burada şənbə və bazar günü hər yük maşını üçün 100 manat yer haqqı ödənilir. Bir qədər balaca maşınlar üçün isə 30 manat yer haqqı alınır. Onu da öyrəndik ki, yarmarkanın topdansatış hissəsində olanların əksəriyyəti “8-ci kilometr” bazarı və paytaxtın digər bazarlarından gələn alverçilərdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.