banner
banner

Dünya

MKI direktoru: “Moskva ABŞ seçkilərinə ilk dəfə müdaxilə etmir”

MKI direktoru:

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo növbəti dəfə Rusiya ilə bağlı maraqlı açıqlamalar verib. 

O, bazar günü CBS kanalına verdiyi müsahibədə yenə də Moskvaya qarşı ittiham dolu cümlələr işlədib.

Pompeo Moskvanın ABŞ-dakı seçki proseslərinə müdaxiləsinin uzunmüddətli tarixə malik olduğunu və yalnız 2016-cı ildəki qalmaqallarla məhdudlaşmadığını dilə gətirib.

O, Rusiyanın seçki sahəsindəki kəşfiyyat fəaliyyətinin bu gün də davam etdiyinə əmin olduğunu bildirib.

CBS kanalında “Face to Nation” (Millətlə üz-üzə) proqramında jurnalist Con Dikersonun “Moskva bu gün də ABŞ-dakı seçkiləri zədələməyə cəhd edirmi” sualına Pompeonun cavabı qısa, lakin qəti olub: “Əlbəttə, bu, on illərdir davam edir”.

MKİ rəhbəri hazırda yalnız Kremlin deyil, Birləşmiş Ştatların digər rəqiblərinn də fəaliyyətinin əndişə doğurduğunu bildirib. “Mən təkcə ruslara görə narahat deyiləm. Qarşımızda Qərb demokratiyasını məhv etməyə çalışan çox düşmən var”, - Pompeo bəyan edib.

Pompeo indiki situasiyada məhz onu rəhbərlik etdiyi qurumun ölkənin milli təhlükəsizliyi və demokratiyanın müdafiəsi uğrunda ən vacib rol oynadığını vurğulayıb. “Biz var gücümüzlə bunun üzərində çalışırıq. İstər ruslar, istərsə də başqası olsun, bizə toxunan hər kəsə layiqli cavabını verəcəyik”.

Qeyd olunur ki, bu Pompeonun Rusiyaya qarşı açıq şəkildə ittihamlarını səsləndirdiyi ilk veriliş deyil. ABŞ xarici kəşfiyyatının rəhbəri keçən ilin yayında, daha dəqiqi, iyulun 21-də ABŞ-ın kəşfiyyat və milli təhlükəsizlik sahəsində çalışan rəsmi şəxslərin və ekspertlərin Kolorado ştatının Aspen şəhərində hər il keçirilən “Aspen Təhlükəsizlik Forumu”nda da “Rusiyanın Ameriaknın həyatını müxtiləif üsullarla çətinləşdirmək istədiyini” söyləmişdi:

“Mənim fikrim olduqca bəsitdir: rus təhdidi olduqca realdır. ABŞ hökuməti, Mərkəzi Kəşfiyyat İdarəsi də daxil olmaqla onun qarşısında dayanmalı və qalib gəlməlidir. Və biz bunu edəcəyik”.

Bundan başqa, Pompeo Rusiyanın Amerikaya hər yöndə sataşmaq istədiyini bildirib: “Biz rusların böyük nüvə silahlarına malik olduğu və Suriyada möhkəmləndiyi dünyada yaşayırıq. Onlar yenidən Krımı ələ keçriblər. İndi də ABŞ-a sataşırlar. Kremlin işi-gücü ancaq həyatımızı çətinləşdirməklə bağlı fəaliyyətdən ibarətdir”.

2017-ci ilin yanvarında isə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı milli kəşfiyyatın məruzəsində (ODNİ) hətta Rusiya rəhbərliyinin haker hücumları vasitəsi ilə Demokrat parityasından olan namizədi (Hillari Klinton) gözdən salmaq və Donald Trampın qalibiyyəti üçün şərtlər yaratmağa cəhdlər etdiyi açıq şəkildə yazılmışdı.

Məruzədə Moskvanın WikiLeaks təşkilatından eksklüziv materialların dərci üçün çox gözəl istifadə etdiyi qeyd olunub.

ABŞ xüsusi xidmət orqanları indi də Demokrat parityasının milli komitəsinin serverlərinə edilən haker hücumlarının arxasında Rusiyanın dayanmasından əminliklə bəhs edirlər. Təhqiqatçıların rəyinə görə, komitədən oğurlanan sənədlərin yayılması Donald Trampın qələbəsində həlledici rol oynayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.

Ukraynanın ən çətin sınağı başlayır - "Blumberq"

Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.

ABŞ Yəməndəki obyektləri vurub

Cis.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib.

Xamanei ivrit dilində təhdid etdi

Cia.az xəbər verir ki, İsrailin İranın Suriyadakı konsulluğuna hücumla əlaqədar İranın ali dini lideri Əli Xamanei X sosial şəbəkəsində ivrit dilində status paylaşaraq, İsraili təhdid edib.

SON DƏQİQƏ! İran prezidentindən ŞOK TƏHDİD

Xəbər verdiyimiz kimi, İsrailin Dəməşqə hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livandakı Sepah-e-Qods xüsusi təyinatlılarının komandiri general Məhəmməd Rza Zahedi öldürülüb.