banner
banner

Sosİal

"Nərimanov" elektrik deposunda yeni elektrik yarımstansiyası istifadəyə verilib

"Nərimanov" elektrik deposunda yeni elektrik yarımstansiyası istifadəyə verilib

Metropolitenin lokomotiv parkının, eləcə də əsas istehsalat sahələrinin yerləşdiyi "Nərimanov" elektrik deposunda yeni elektrik yarımstansiyası istifadəyə verilib.

Bu barədə Trend-ə "BAkı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bununla da metropolitenin infrastrukturunun fəaliyyətini təmin edən ən mühüm istehsalat, təmir-bərpa sahəsi olan deponun elektrik təchizatı ən müasir standartlar səviyyəsinə qaldırılıb: "Son illər depo ərazisində aparılan yenidənqurma işləri, yeni təmir-istismar, xüsusən istehsalat sahələrinin yaradılması böyük dəyişiklikləri zərurətə çevirmişdi. Çünki depo ərazisində 1967-ci ildən kiçik və dar məkanda fəaliyyət göstərən iki elektrik yarımstansiya istismar dövrünü başa vuraraq mövcud istehlakçı tələbinə cavab vermirdi. Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin struktruna daxil olan "Bakımetrolayihə" İnstitutunun layihəsi əsasında yeni yarımstansiya inşa olunaraq məsələnin həllinə kompleks şəkildə yanaşılıb. Həm də metropoliten tarixində ilk dəfə yarımstansiyada yalnız bir tərəfdaş şirkətin - dünyada bu sahədə tanınmış şirkətlərdən biri olan "Siemens"in avadanlıqları quraşdırılıb. Bununla da fərqli avadanlıqların bir sistemin tələblərinə uyğunlaşdırılmasına ehtiyac qalmır, həmçinin onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir".

 

N.Paşayev bildirib ki, istismar müddətini başa vurmuş əvvəlki yarımstansiyada 1000 kVA gücündə üç transformator var idisə, yenisində eyni texniki parametrli, lakin daha müasir 1000 kVA-lıq iki və bir o qədər də 630 kVA-lıq yeni transformator quraşdırılıb: "1000 kVA-lıq transformatorlar güc, 630 kVA-lıq avadanlıqlar isə işıqlandırma şəbəkəsinin tələblərini ödəmək üçün nəzərdə tutulub. Bu iki şəbəkənin bir-birindən ayrılması metropoliten üçün vacib məsələ olmaqla, elektrik təchizatının sabit və etibarlığını daha yüksək səviyyədə təmin etməyə imkan verir".

Qurum rəsmisi deyib ki, yeni yarımstansiyada 6 kV-luq komplekt və 4 ədəd 0,4/0,23 kV-luq paylayıcı qurğular qoyulub: "Paylayıcı qurğuların mühüm üstünlüyü avtomat mexanizmli bölmələrdən ibarət olmasıdır. Həmçinin, bu bölmələrin yerindən çıxarılaraq yenisi ilə əvəzlənməsi də gələcək perspektiv baxımdan əhəmiyyətlidir.
Sahədə qoyulmuş helium tərkibli və hermetik akkumulyatorlar, quraşdırılmış yeni sabit cərəyan lövhəsi, qəza-işıqlandırma bölməsi, həmçinin müvafiq normalara uyğun ventilyasiya sistemi müasir standartların tələblərinə cavab verir. İdarəetməni həyata keçirən mikroprosessor sistemli telemexanika şkafı müasir dövrün məhsuludur. Dövrün tələblərinə uyğun qurulan avtomatik iş yeri ilə yanaşı, bütün sistemin dispetçer idarəetməsinə tabe edilməsi də uğurla həllini tapıb".

O əlavə edib ki, depo ərazisində mövcud olan digər alçaldıcı yarımstansiyanın yeni əsaslarla qurulması da davam etdirilir: "Lokomotiv təsərrüfatının ehtiyaclarını ödəyəcək, həmçinin depo və park yollarındakı svetoforların və digər işarəvermə qurğularının elektrik cərəyanı ilə təmin edilməsinə xidmət göstərəcək bu yarımstansiya ilə "Nərimanov" elektrik deposunun elektrik təchizatı ən mükəmməl şəkildə təmin edilmiş olacaq".

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.