banner
banner

İdman

"Qəbələ"nin 2018-ci ildə ilk sınağı

"Qəbələ"nin 2018-ci ildə ilk sınağı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək. 
2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində baş tutacaq qarşılaşma “qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olacaq. 
Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun komandası Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşəcək. 
Bu mövsüm Superliqada keçirdiyi 17 oyundan sonra 19 xal toplayan Türkiyə klubu I dövrəni 18 komanda arasında 12-ci pillədə başa vurub.
Bakı vaxtı ilə saat 18:00-da başlayacaq “Akhisar Bələdiyyəspor” – “Qəbələ” matçı “Rixos Premium” otelinin meydançasında keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.