banner
banner

İqtİsadİyyat

"PwC": Bu il dünya iqtisadiyyatı son 7 ilin ən sürətli artımı ilə üzləşəcək

"PwC": Bu il dünya iqtisadiyyatı son 7 ilin ən sürətli artımı ilə üzləşəcək

2018-ci ildə dünya iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə 4%-ə yaxın artım əldə edərək cari qiymətlərlə 5 trln. dollar artacaq.

"Report" xəbər verir ki, bu proqnozu "PwC" beynəlxalq audit və konsaltinq şirkəti "Global Economy Watch" adlı hesabatında verib.

"Dünya iqtisadiyyatında artım genişmiqyaslı və sinxron olacaq və bir neçə ölkədən asılı olmayacaq. Artımın əsas hərəkətverici qüvvələri ABŞ, Asiya və avrozonanın inkişaf etmiş ölkələri olacaq ki, onların qlobal iqtisadi artımda payları təxminən 70% təşkil edəcək", - deyə hesabatda bildirilir.

Sənəddə həmçinin qeyd olunub ki, avrozona iqtisadiyyatı 2018-ci ildə 2%-dən çox artacaq. Çin iqtisadiyyatı 6-7% artım göstərəcək. G-7 ölkələrində işsizlik son 40 ilin minimal səviyyəsinə geriləyəcək və 5%-dən aşağı olacaq. Bununla yanaşı, 2018-ci ildə elektrik enerjisində qlobal kəsir rekord həddə çatacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.