banner
banner

Hərbİ

Dekabrda Müdafiə Nazirliyi 127 rəsmi məlumatı ictimailəşdirib

Dekabrda Müdafiə Nazirliyi 127 rəsmi məlumatı ictimailəşdirib

2017-ci ilin dekabr ayı ərzində Müdafiə Nazirliyi ilə müxtəlif dövlət, icra hakimiyyəti strukturları, eləcə də yerli və xarici qeyri-hökumət təşkilatları, ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzuda tədbir və layihələr icra olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə Şəmkir, Ağdaş, Göygöl, Füzuli, Beyləqan, Bərdə, Tovuz, Qazax, Qusar və Xocavənddə 13 hərbi-vətənpərvərlik tədbiri keçirilib.

Dekabr ayında Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər Fondu, Bilik Fondu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, YAP Nəsimi və Nizami rayon təşkilatları, İRƏLİ” İctimai Birliyi, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyi və digər qurumların nümayəndələrinin iştirakı ilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 20-dən artıq tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

 

Dekabr ayında ictimailəşdirilməsi məqsədilə Müdafiə Nazirliyi tərəfindən 127 rəsmi məlumat, 83 foto, 4 video material hazırlanaraq kütləvi informasiya vasitələrinə ötürülüb, media nümayəndələrinin 7 sualı cavablandırılıb. Televiziya kanalları tərəfindən çəkilişlər aparılmasına 3 icazə məktubu verilib, təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya kanalları və informasiya agentlikləri Bakıda və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə keçirilən 12 tədbirə dəvət olunub.

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - FOTOLAR

Ukrayna-Rusiya müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub. Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rövşən İsmayılov qaynar döyüşlərin getdiyi ərazidə aldığı güllə yarasından dünyasını dəyişib. Bildirilib ki, əslən Qubadlı rayonunun Şurnuxu kəndindən olan R.İsmayılov müharibəyə könüllü kimi qatılıbmış. Onun bir oğlu qalıb. Qafqazinfo.az

Dünən ölən hərbçimizin FOTOSU

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elcan Emin oğlu Bağırovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.

Göldə batan şəxsləri xilas etmək istəyərkən boğularaq ölən polisin medalı ailəsinə təqdim edildi - FOTO

Xidmətdən kənar vaxt ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölünün kənarında istirahət edərkən suya atılaraq boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını xilas etmək istəyərkən onunla bərabər suda boğulan polis serjantı Vüsal Əbülfəz oğlu Quliyevin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi Azərbaycan Respublikasının “İgidliyə görə” medalı ailəsinə təqdim olunub.

Qazilərə bu güzəştlər olunacaq

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlərin olunmasını təklif edib.

Hikmət Mirzəyev 56 yaşında...

44 gün davam edən Vətən müharibəsinin fatehi, Şuşanın alınmasında Ali Baş Komandanın təbrik zəngini böyük qürurla dinləyən XTQ komandanı, general-leytenant Hikmət Mirzəyev. Bu gün Şuşa fatehinin doğum günüdür.

Hərbçimiz Ermənistana keçib? - MN

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.