banner
banner

İdman

"Mançester Yunayted" və "Sevilya" arasında bilet qalmaqalı

| Xəbər 5463 dəfə oxunub
"Mançester Yunayted" və "Sevilya" arasında bilet qalmaqalı

Çempionlar Liqasının 1/8 final mərhələsində üz-üzə gələcək “Mançester Yunayted” və “Sevilya” arasında qalmaqal yaşanıb.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, ispan klubunun qonaq komandanın azarkeşləri üçün bilet qiymətlərini 54 funt-sterlinqdən 89 funta qaldırması Mançesterdə narazılıqla qarşılanıb. İngilislər qiymətin aşağı salınması üçün qarşı tərəfə müraciət etsələr də, “Sevilya” rəhbərliyi fikrini dəyişməyib.

Belədə “qırmızı şeytanlar” da qiymətləri eyni məbləğdə artırmaqla bağlı qərar qəbul ediblər. “Mançester Yunayted” rəsmiləri bununla aradakı 35 funtluq fərqi aradan qaldırmaq və artıq gəliri azarkeşlərinin səfər oyununa bilet almalarına xərcləmək niyyətindədir.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun İspaniyada baş tutacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi