banner
banner

İqtİsadİyyat

Bitkoin kəskin ucuzlaşdı - 13 min dollar...

| Xəbər 6635 dəfə oxunub
Bitkoin kəskin ucuzlaşdı - 13 min dollar...

Dünyada ən populyar kriptovalyuta olan bitkoin 13 min dollaradək ucuzlaşıb.

Trend xəbər verir ki, bu ucuzlaşma Cənubi Koreyada kriptovalyuta ilə ticarətə tam qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə bəyanatdan sonra qeydə alınıb.

 

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 8,7% və ya 13,13 min dollaradək ucuzlaşıb. "Coindesk" isə bu kriptovalyutanın məzənnəsinin 11% və ya 13,25 min dollaradək azaldığını yazır.

Qeyd edək ki, Koreya Respublikası bitkoin və "Ethereum"la ticarət əməliyyatlarının aparıldığı iri bazarlardan biridir. Ölkənin ədliyyə naziri Pak San Gi bildirib ki, hakimiyyət virtual kartlarla bağlı vəziyyətdən narahatdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi