banner
banner

Mədənİyyət

“Korsar” baleti Sankt-Peterburqda Eldar Əliyevin quruluşunda təqdim ediləcək

| Xəbər 5769 dəfə oxunub
“Korsar” baleti Sankt-Peterburqda Eldar Əliyevin quruluşunda təqdim ediləcək

Yanvarın 17-də “Korsar” baleti Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Eldar Əliyevin quruluşunda nümayiş etdiriləcək. Tamaşada Marius Petipanın (1818-1910) xoreoqrafik səhnələrindən də istifadə olunub.

Səhnə əsəri Mariya Teatrının Vladivostokdakı Primorsk səhnəsinin balet truppasının Sankt-Peterburqa qastrolu (yanvarın 17-dən 21-dək) çərçivəsində nümayiş etdiriləcək. Baletin librettosunu Eldar Əliyev Anri Sen-Jorjun (1799-1875) və Jozef Mazilyenin (1797-1868) librettosunun motivləri əsasında hazırlayıb. Səhnə əsərinin işıq üzrə rəssamı da Eldar Əliyevdir.

Bakıda dünyaya göz açan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi